Gürcüstan və Norveç birgə təlimlər keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan və Norveç birgə təlimlər keçirəcək

Rəsmi

02 İyun 2022 16:17 941


Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyası ilə Norveçin Daxili Qvardiyası birgə təlimləri özündə əks etdirən beşillik əməkdaşlıq planı imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Beşillik planın məqsədi taborlar, briqadalar və qərargahlar səviyyəsində qərargah təlimləri komandanlığı planlaşdırmaq və həyata keçirməkdir”, - deyə məlumatda qeyd olunur. pizza

Sənəddə, həmçinin ərazi ehtiyat hissələrinin hazırlığı konsepsiyasının birgə işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq planını Gürcüstan tərəfdən Milli Qvardiyanın komandanı, briqada generalı Roman Coxadze, Norveç tərəfdən isə Daxili Qvardiya komandanının müavini, briqada generalı Marten Eqgen imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!