Oktyabrın 2-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə sabiq prezident Mixeil Sakaaşvilinin də qatılacağı gözlənilir. Bu barədə müxalifət lideri, “Facebook”da açdığı canlı yayım zamanı izləyicilərinə xəbər verib. Saakaşvili bildirib ki, 2 oktyabrda keçiriləcək seçkilərdə o da iştirak edəcək.
Xatırladaq ki, eks prezidentin bu çıxışından sonra hazırki Baş nazir İrakli Qaribaşvili, sabiq dövlət başçısının ünvanına “Əgər, Saakaşvili gəlsə, o, aeraportdan bir başa həbxsanaya gedəcək” ifadəsini işlədib. Müşahidəçilərin fikrincə, M. Saakaşvilinin Gürcüstana geri qayıtması, regionda ikinci bir “Qızılgül inqilabı”nın olacağını istisna etmir. Bəs onun geri dönüşünün pərdəarxasında nələr gizlənib?
Yenisabah.az-a açıqlama verən siyasi ekspert Fəqani Məhərrəmli bildirib ki, M. Saakaşvili qərbin projesidir və onların məqsədi regionu qarışdırmaqdır: Dördpendirli pizza
“Mən hesab edirəm ki, artıq 2004-cü il deyil. Onsuz da, M.Saakaşvili bir proyektdir və artıq bu proyektdən bir dəfə 2004-cü ildə Gürcüstanda baş verən “Qızılgül inqilabı” zamanı istifadə olunub. Düzdür, M. Saakaşvili, adətən Azərbaycanın dostu qismində çıxışlar edir, buna sözüm yoxdur, amma o Qərbin bir projesi idi və bu proyekt istifadə olundu. Onlar, burada - Gürcüstanda M.Saakaşvilinin simasında bir Qərb modeli yaratmaq istədilər, amma bunu da demək istəyirəm ki, güclü region ölkələrinin maraqları nəzərə alınmadan, dövlətlərin maraqlarını tapdalamaq çox çətindir. Bu model də gördüyümüz kimi, təxminən 8 il sonra iflasa uğradı. Qafqazda əvvəllər Rusiyanın, hazırda isə Türkiyənin maraqlarını nəzərə almadan, hər hansı bir proyektin həyata keçirilməsi inandırıcı görünmür. M.Saakaşvili nağılının bitdiyi qənaətindəyəm.”
Ekspert hesab edir ki, biz əgər dünya və region mətbuatını diqqətlə izləsək və təhlil etsək, bir daha əmin olarıq ki, 44 günlük savaş regionda dəngələri və balansı dəyişib:
“Xüsusən də, rus və erməni mətbuatını təhlil edəndə belə bir nəticəyə gəldik ki, bu dəngələr Azərbaycanın və Türkiyənin lehinə dəyişib. Bura siyasi və hərbi vəziyyət daxildir. Artıq Cənab Prezident İlham Əliyev və Türkiyə prezidenti Ərdoğanın “3+3” formatı Qafqazı yeni bir açılıma götürəcək. Bu açılımda əsas rolu Türkiyə və Azərbaycan oynayacaq. Rusiyanın da burada maraqları təmin olunur və olunacaq.”
Politoloqun sözlərinə görə regionda işlərin yaxşı getməsi, Qafqazın dünyaya açılaraq stabil regiona çevrilməsi, enerji paylayıcı rolunun daha geniş şəkildə artması, müəyyən dairələri narahat edir:
“Bunu biz açıq şəkildə görürük. Həmçinin Cənab Prezident də İrana açıq şəkildə narazılığını və xəbərdarlığını bildirdi. Qərbdə də belə dairələr var ki, bunlar Qafqazın gərginlik ocağına çevrilməsini istəyirlər. Burada da hesab edirəm ki, Mixail Saakaşvilidən bir fiqur olaraq istifadə etməyə çalışacaqlar, amma bunun fayda verəcəyinə sanmıram, çünki xalqların və dövlətlərin maraqları Qafqazda yalnız sabitlik tərəfdarı olmaqdır. Həmçinin, Qafqaza tarixən təsiri olan Türkiyə və Rusiya kimi ölkələr də bunu istəyir. Ona görə də, Qafqazın yenidən qarışdırılmasına cəhdlər olsa belə, bunun başarısız olacağına əminəm.” - deyə mütəxəssiz fikirlərini tamamlayıb.
Rafi Müslümov
Telegram kanalımız