Gürcüstan Ermənistanla Azərbaycan arasında keçən həftə sərhədində gərginliyin yaşandığı münaqişənin həllində hələ də vasitəçi kimi çıxış etməyə hazırdır.
Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlya Darçiaşvili deyib.
“Gürcüstan hər zaman cənub qonşularımıza ölkəni sülhün möhkəmləndirilməsi istiqamətində dialoqa başlaya biləcəkləri yer kimi təklif etməyə hazır olub. Bu mənada ölkəmizin təklifi yenidən qüvvədədir. Ölkəmizin prosesə vasitəçi kimi cəlb olunması zərurəti yaranarsa, biz hər zaman hazırıq”, - Gürcüstan XİN rəhbəri bildirib. Dominos pizza
O əlavə edib ki, Gürcüstanın bununla bağlı heç bir ilkin şərti yoxdur. Tbilisinin əsas məqsədi regionda sülh və sabitlikdir.
Telegram kanalımız