Gürcüstana qanunsuz keçmək istəyənlər tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstana qanunsuz keçmək istəyənlər tutuldu 

Maraqlı

18 Aprel 2023 14:36 760


Aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb olunub. pizza hut

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!