Gürcüstana qatar yolu niyə açılmadı? –   SƏBƏB AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstana qatar yolu niyə açılmadı? – SƏBƏB AÇIQLANDI

Sosial

11 İyun 2025 17:11 24860


Mayın 1-də Azərbaycanla Gürcüstan arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacağına dair rəsmi məlumatlar olsa da, lakin ötən müddətdə bu xəbər təsdiqini tapmayıb.

Hökumətdəki mənbələr bu məsələnin reallaşmamasının səbəbini Gununsesi.info-ya deyib.

Buna səbəb isə iki ölkə arasındakı Azərbaycana məxsus sərhəd-keçid məntəqəsindəki yenilənmənin başa çatmaması olub. Sezar pizza

Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəddəki dəmir yolunda qurduğu məntəqə sökülərək yenidən inşa olunur.

Ən müasir avadanlıqlarla təchiz olunan məntəqə ilə yanaşı, dəmir yollarının sərhəddə yaxın böyük bir hissəsinin ətrafı da hasarlanır.

Mənbə bu prosesin ləngiməsi səbəbindən Azərbaycanla Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımananın gecikdiyini deyib.

Məlumatda o da bildirilir ki, iyul ayının əvvəllərində bu prosesin tamamlanması və iki ölkə arasında sərnişindaşımanın həyata keçirəcəyi proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Master-x
    Hökumət bizi yenə AZAL-ın quyruğuna bağlayar...
    11 months ago