Gürcüstanda 2 körpə COVID-dən öldü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda 2 körpə COVID-dən öldü

Rəsmi

05 Yanvar 2022 17:36 817


Tbilisi Uşaq Xəstəxanasında koronavirusa yoluxmuş 4 aylıq körpə ölüb.

Yenisabah.az “Pirveli” telekanalına istinadla xəbər verir ki, körpə koronavirusa ailə üzvündən yoluxub. O, yeni il gecəsi - dekabrın 31-də klinikaya aparılsa da, həkimlər uşağı xilas edə bilməyiblər.

Həkimlər qeyd edirlər ki, yoluxmuş körpənin vəziyyəti müşayiət olunan xəstəliyi - ürək xəstəliyini ağırlaşdırıb: pizza sifarişi

“Onun birləşmiş anadangəlmə qüsuru var idi. Vaxtından əvvəl, çox az çəki ilə doğulub, reanimasiyaya yerləşdirilib. O, ağır vəziyyətdə qəbul edilib. Bu birləşmə - covid infeksiyası və anadangəlmə ürək xəstəliyi səbəbindən xilas etmək mümkün olmadı".

Hazırda başqa 10 uşaq reanimasiya şöbəsində müalicə olunur. Onlardan birinin vəziyyəti ağırdır.

Bir gün əvvəl Zuqdididən (Qərbi Gürcüstan) gətirilən başqa bir koronavirusa yoluxmuş körpə də ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!