Gürcüstanda 7 QHT-nin bank hesabı donduruldu

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda 7 QHT-nin bank hesabı donduruldu

Dünya

27 Avqust 2025 12:44 322


Tbilisi şəhər məhkəməsi Gürcüstanın 7 qeyri-hökumət təşkilatının (QHT) bank hesablarının dondurulması ilə bağlı prokurorluğun vəsatətini təmin edib

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

İş prokurorluğun təxribat, Gürcüstana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan xarici təşkilata yardım, o cümlədən konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı fəaliyyət üçün vəsaitlərin səfərbər edilməsi ilə bağlı davam edən təhqiqatına aiddir. Toyuqlu pizza

"Ötən ilin noyabr-dekabr aylarında radikal müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının liderləri əhalini açıq şəkildə hakimiyyətə kütləvi itaətsizliyə və müqavimətə çağırıblar”, - Gürcüstan Prokurorluğu qeyd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!