Gürcüstanda Anım Günü - Səfirlikdə tədbir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda Anım Günü - Səfirlikdə tədbir

Rəsmi

27 Sentyabr 2021 17:33 632


Azərbaycanın Gürcüstandakı səfirliyində 44 günlük Qarabağ müharibəsində həlak olanların Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Yenisabah.az Gürcüstanın "Birinci kanal"ına (1tv.ge) istinadla xəbər verir ki, tədbirdə səfirliyin müşaviri Eldar Bayramov çıxış edib.

O bildirib ki, Azərbaycan tərəfinin müharibə dövründə etdiyi hərəkətlər tamamilə beynəlxalq səviyyədə tanınmış və icazə verilən tədbirlər çərçivəsindədir. Pepperoni pizza

Eldar Bayramov, həmçinin, "Suxumunin süqutu" adı ilə yad edilən Abxaziya hadisələrindən (27 sentyabr 1993-cü il) günündən də danışaraq, bu ağrının Azərbaycana tanış olduğunu qeyd edib.

O, Suxumidən qovulan vətəndaşların tezliklə doğma yurdlarına qayıtmasını arzulayıb.

Tədbirdə Gürcüstanda akkreditə olunmuş hərbi attaşeler, Gürcüstan mətbuatının və Azərbaycan səfirliyinin nümayəndələri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!