Gürcüstanda azərbaycanlı Novruz təşəbbüsünü dəstəkləyən deputatlara paxlava payladı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı Novruz təşəbbüsünü dəstəkləyən deputatlara paxlava payladı

Rəsmi

28 İyun 2021 19:57 777


Gürcüstanda Novruzun milli bayram və martın 21-nin qeyri-iş günü elan edilməsi ilə bağlı təşəbbüsün müəllifi, ictimai fəal Samira Bayramova parlamentdə olub.

Yenisabah.az xəbər verir ki, o, təşəbbüsü dəstəkləyən deputatlar – Tariel Nakaidze, Ana Natsvlişvili və Sofio Şamanidiyə Novruz bayramının şirniyyatlarından olan paxlava hədiyyə edib.

S.Bayramova Gürcüstanın azərbaycanlı icması adından parlament üzvlərinə həmrəyliyə və dəstəyə görə minnətdarlığını bildirib. Toyuqlu pizza

Qeyd edək ki, bu təşəbbüsün Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində müzakirəsi aparılır. Novruz bayramı 2010-cu ildə sabiq prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə milli bayram elan olunmuşdu. Gürcü Arzusu Partiyasının hakimiyyətə gəldiyi 2012-ci ildən sonra bayramın rəsmi statusu dayandırılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!