Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunun Kürtlər kəndində gənclər arasında mübahisə ölümlə nəticələnib.
Yenisabah.az xəbər verir ki, kənd sakini H.İsmayılov bıçaqla həmkəndlisi İ.Mustafayevi ayağından yaralayıb.
Yaralı gənc xəstəxanaya çatdırılsa da, qanaxmadan dünyasını dəyişib. pizza
Hadisəni törətməkdə şübhəli bilinən H. İsmayılov Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız