Gürcüstanda cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Dünya

30 Oktyabr 2020 11:56 1074


Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 110-u Azərbaycan vətəndaşıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkə həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 3 nəfər artıb. pizza mizza

İttiham olunanların sayı 15 nəfərdir ki, onların 9-u kişi, 2-si qadın, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 84-i kişi, 11-i qadın olmaqla 95 nəfər təşkil edir.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artıb. Hazırda həmin vətəndaşların sayı 30 nəfər təşkil edir ki, onların 29-u kişi, 1-i qadındır. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!