“Gürcüstanda dövlət çevrilişinə hazırlıq planlaşdırılıb” - DTX

saytların hazırlanması

Evə çatdırılma

“Gürcüstanda dövlət çevrilişinə hazırlıq planlaşdırılıb” - DTX

Rəsmi

29 Oktyabr 2021 20:44 898


Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, üçüncü prezident Mixeil Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar. Onlar sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə düşünüblər. Toyuqlu pizza

DTX bu planların müzakirə olunduğunu sübut edən səsyazısı da təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!