Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xelvaçauri rayonunda yerləşən keçmiş hərbi baza ərazisində aparılan qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkarlanıb.
Yenisabah.az "Azadlıq Radiosu"nun gürcü xidmətinə istinada xəbər verir ki, sayca altıncı məzarlıqda 1930-cu illərdə sovet dövrünün repressiyaları zamanı güllələnən 29 insanın qalıqları tapılıb.
Repressiya qurbanlarının cins və yaşını müəyyən etmək üçün DNT analizlər aparılacaq. pizza
Güllələnənlərin hamısının əlləri arxadan bağlanıb və baş nahiyələrində güllə izləri var.
Araşdırmalar zamanı indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Ələkbərov Hüseyn Ələkbər oğluna məxsus olduğu müəyyən edilib. Arxiv sənədinə əsasən, o, 1938-ci il martın 11-də güllələnib.
Qeyd edək ki, qazıntı işləri 2016-cı ildən aparılır. Prosesdə Polşadan dəvət olunan alimlər də iştirak edirlər. Ehtimal olunur ki, keçmiş hərbi baza ərazisində hələ aşkarlanmamış çox sayda kütləvi məzarlıqlar qalmaqdadır.
Telegram kanalımız