Gürcüstanda demoqrafik vəziyyət bu il də ürəkaçan olmayıb. 2024-cü ilin əvvəllərindən bəri ölkə əhalisi təxminən 1.6 faiz azalıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 1.1 faiz idi.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, statistikanın maraqlı tərəfi isə Gürcüstan vətəndaşı olan etnik gürcülərlə bağlıdır. Təbii artım dinamikası digər etnik azlıqlarda normal olsa da, gürcülərdə bu olduqca aşağıdır.
Qeyd edək ki, Tibilisi rəsmiləri illərdir sözügedən tendensiyaya qarşı tədbirlər görməyə çalışır. Əgər demoqrafik böhran aradan qalxmasa, gürcü xalqı növbəti 100 illikdə tamamilə yox ola bilər. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız