Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Rəsmi

31 Oktyabr 2023 13:00 993


Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.

Yenisabah.az Novosti Qruziya-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Həbsdə olan Azərbaycan vətəndaşlarından 11-i qadın, 88-si isə kişidir. Toyuqlu pizza

Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 19-a qarşı ittiham irəli sürülüb, 80-i barəsində isə hökm oxunub.

Gürcüstan həbsxanalarında hazırda 42 İran, 33 Ermənistan, 119 Rusiya, 205 Türkiyə və 47 Ukrayna vətəndaşı daxil olmaqla ümumilikdə 749 əcnəbi saxlanılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!