Gürcüstanda HİV-ə yoluxanların sayı artıb

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda HİV-ə yoluxanların sayı artıb

Dünya

03 Sentyabr 2020 16:09 759


Cari il yanvarın 1-dən sentyabrın 2-dək Gürcüstanda 372 nəfər HİV virusuna yoluxub. Ən çox yoluxma halı iyul ayında qeydə alınıb – 58 fakt.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, cari il sentyabrın 2-nə olan statistikaya əsasən hazırda Mərkəzdə 8474 HİV xəstəsi qeydiyyatdadır. Onlardan 6326 nəfəri kişilər, 2148-i isə qadınlardır. pizza

Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.

QİÇS 4340 xəstə arasında inkişaf edib, 1734 nəfər dünyasını dəyişib.

HİV xəstələrinin böyük əksəriyyəti paytaxt Tbilisidə yaşayır və onların da 87-si xarici ölkə vətəndaşıdır.

Cari ildə 99 HİV xəstəsi ölüb. Onların da 79-u kişilər, 20-si isə qadınlardır.

AZƏRTAC xatırladır ki, Gürcüstanda bu günədək 116 uşaqda HİV aşkar edilib. Onların da 70-i oğlan, 46-sı qızdır. HİV-ə yoluxmuş 27 uşaq dünyasını dəyişib, 3 nəfəri isə Gürcüstanı tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!