Gürcüstanda inflyasiya artıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda inflyasiya artıb - Statistika

Rəsmi

03 İyun 2022 13:30 900


Gürcüstanda bu ilin may ayında illik inflyasiya 13,3% təşkil edib.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstan Milli Statistika Xidməti "Sakstat"ın açıqlayıb.

Statistikaya əsasən, bir ay əvvəl bu göstərici 12,8 faiz təşkil edib. Dördpendirli pizza

May ayında ən yüksək illik artım meyvə və üzüm (13%), çörək və un məhsulları (4,8%), dəniz məhsulları (1,8%), yağlar (1,6%), mineral və bulaq suları, spirtli içkilərin qiymətləri və təbii şirələrdə (1,2%) özünü göstərib.

Eyni zamanda, Gürcüstanda süd, pendir və yumurta ucuzlaşıb (-4,5%).

Gürcüstanda inflyasiya 2021-ci ilin martından hər il artır. İnflyasiyanın qarşısını almaq üçün Milli Bankı pul siyasətini sərtləşdirməyə, yenidən maliyyələşdirmə dərəcəsini illik 11 faizə çatdırmağa başlayıb.

Gürcüstan Milli Bankı ümid edir ki, inflyasiyanın səviyyəsi 2022-ci ilin sonuna kimi 3%-lik hədəfə endiriləcək, lakin Ukraynadakı vəziyyətə görə, buna nail olunmayacağı aydındır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!