Gürcüstanda virusa yoluxma və ölüm sayında ötən günə nisbətən ciddi azalmalar qeydə alınmasına baxmayaraq, vəziyyət yenə də gərgin olaraq qalır.
Yenisabah.az “Stopcov.ge” saytına istinadən xəbər verir ki, son 24 saatda COVID-19-a 662 yoluxma qeydə alınıb, 34 nəfər virusdan həyatını itirib.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Dördpendirli pizza
Beləliklə, qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 595 926 nəfərə, ölənlərin sayı isə 8 575 nəfərə çatıb.
563.530 xəstə sağalıb.
Telegram kanalımız