Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv edilir

Rəsmi

22 Mart 2022 13:39 496


Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.

Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək. Toyuqlu pizza

Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!