Gürcüstan hökuməti ölkədə çörəyin və digər un məmulatlarının qiymət artımının qarşısını almaq üçün tədbirlər görür. Bu məqsədlə tətbiq olunan dövlət proqramının müddəti iyunun 30-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkədə buğda ununun alınması üçün nəzərdə tutulan subsidiyanın verilməsi ilə bağlı dövlət proqramının müddəti martın 31-də başa çatır. Hökumət həmin müddəti daha üç ay artırıb. Eyni zamanda, subsidiyanın məbləği də artırılıb. pizza hut
Birinci proqram müddətində hökumət çörək istehsalçılarına 50 kiloqramlıq birinci növ un üçün 10 lari (təqribən 3 ABŞ dolları) subsidiya verirdisə, aprel ayından bu məbləğ 15 lari olacaq.
Telegram kanalımız