Bu gündən Gürcüstanda kütləvi vaksinasiya başlayır.
Yenisabah.az “Sputnik-Georgia”ya istinadla xəbər verir ki, peyvənd proqramına daxil olan bütün tibb müəssisələrində qəbul başlayıb.
Gürcüstan 1 milyon doza Çinin “Sinofarm” və “Sinovac” koronavirus peyvəndi alıb. Bir aydan sonra əlavə 500.000 doza alınacaq. Səlahiyyətlilər gündə 20-25 min adama peyvənd etməyi planlaşdırırlar. Sezar pizza
“Pfizer” peyvəndi də iyul ayında verilməlidir. Beləliklə, ilin sonuna qədər ölkədə dörd milyon doza qədər koronavirus peyvəndi vurulacaq.
Xəstəliklərə Milli Nəzarət Mərkəzindən verilən məlumata görə, iyulun 3-də peyvənd qeydiyyatı üçün Səhiyyə Nazirliyinin saytına həyata keçirilmiş kiberhücumun nəticələri artıq aradan qaldırılıb.
Bundan əlavə, yaxın günlərdə peyvənd proqramına qatılan 150 qurumda çağrı mərkəzləri açılacaq və onların köməyi ilə vətəndaşlar xəstəxanalara baş çəkmə üçün əvvəlcədən qeydiyyata düşəcək.
Gürcüstanda COVID-19 əleyhinə peyvəndləmə martın 15-dən başlanıb. Bu vaxta qədər 267.727 nəfər peyvənd olunub.
Telegram kanalımız