Gürcüstanda yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən 17 nəfərin xatirəsi anılır.
Yenisabah.az xəbər verir ki, 17 nəfərin öldüyü Şatili yolunda baş verən faciə ilə əlaqədar 25 avqust Gürcüstanda matəm günü elan edilib.
Ölkənin bütün inzibati binalarında dövlət bayrağı endiriləcək. Dominos pizza
Müvafiq əmri bu gün Gürcüstanın Baş naziri Georgi Qaxaria imzalayıb.
Xatırladaq ki, dünən axşam Duşeti bələdiyyəsinin ərazisində Şatili kəndinə gedən yolda baş verən avtomobil qəzasında 17 nəfər ölüb.
80 metr yüksəklikdən uçuruma düşən mikroavtobusun üç sərnişini sağ qalıb. Həkimlərin dediyinə görə, zərərçəkənlərin vəziyyəti ağırdır.
Telegram kanalımız