Gürcüstanda Novruz milli bayram elan oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda Novruz milli bayram elan oluna bilər

Mədəniyyət

29 Aprel 2021 15:27 1631


Gürcüstan parlamentində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı layihənin nəzərdən keçirilməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, martın 12-də qanunverici orqana daxil olan layihəni ictimai fəal Samirə Bayramova hazırlayıb.

Layihədə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi də təklifi əksini tapıb. Dördpendirli pizza

Qanunverici orqanın İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində təşəbbüsə baxılıb. Qeyd olunub ki, təşəbbüs ölkənin Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutur. Təkliflərin alınması məqsədilə sənəd Gürcüstan hökumətinə göndərilsə də, bu günədək cavab alınmayıb. Bu səbəbdən məsələni müəyyən edilmiş müddət ərzində - aprelin 27-dək baxılması üçün tam hazırlamaq mümkün olmayıb. Bununla yanaşı, komitə qanunvericilik təşəbbüsü ilə bağlı beynəlxalq təcrübəni öyrənir.

Parlamentin büro iclasında ötən gün qəbul edilən qərara əsasən, məsələyə baxılma müddəti 30 gün uzadılıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!