Gürcüstanda orta və ali təhsilin müddəti azaldılır

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda orta və ali təhsilin müddəti azaldılır

Dünya

16 Oktyabr 2025 22:01 218


Gürcüstanda tam ali təhsilin müddəti bəzi ixtisaslar istisna olmaqla 6 ildən 4 ilədək azaldılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil sahəsində planlaşdırılan islahatların təqdimatı zamanı deyib.

O, üç ilin bakalavr pilləsinə, bir ilin isə magistratura pilləsinə ayrılmasının nəzərdə tutulduğunu bildirib. pizza hut

Baş nazir qeyd edib ki, tibb və digər bu kimi ixtisaslar istisna olmaqla əksər ixtisaslar üzrə ali təhsil üçün üç il kifayət edir.

İ.Kobaxidze bəzi orta məktəblərdə 11 illik tədris sisteminə keçidin planlaşdırıldığını bildirib. O, ölkənin Təhsil, Elm və Gənclər Nazirliyinin bu istiqamətdə fəal iş apardığını vurğulayıb.

Qeyd edək ki, hazırda Gürcüstanda bakalavr pilləsi üzrə təhsilin müddəti 4 il, magistr pilləsi üzrə isə 2 il təşkil edir. Tam orta təhsil isə 12 illikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!