Gürcüstanda parlament seçkisi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda parlament seçkisi keçirilir

Dünya

26 Oktyabr 2024 09:04 446


Bu gün Gürcüstanda parlament seçkisi keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, 2012-ci ildən hakimiyyətdə olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.

Parlament mandatları uğrunda ümumilikdə 18 partiya mübarizə aparacaq. "Gürcü Arzusu"nun əsas rəqibləri dörd müxalifət partiyası hesab olunur - əsası eks-prezident Mixail Saakaşvilinin qoyduğu "Vahid Milli Hərəkat" olan "Birlik - Milli hərəkat" partiyası, keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə Qaxariya", "Güclü Gürcüstan" və "Dəyişiklik üçün koalisiya" partiyaları. Məhz bu dörd partiya "Gürcü Arzusu"ndan daha çox mandat alacağı təqdirdə koalisiya hökuməti yaratmağı planlaşdırır. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!