Gürcüstanda peyvənd olunmuş koronaviruslu xəstə öldü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda peyvənd olunmuş koronaviruslu xəstə öldü

Rəsmi

23 Avqust 2021 13:13 954


Gürcüstanda koronavirusa qarşı tam peyvənd kursu keçən ölkə sakinləri arasında ilk ölüm qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze məlumat yayıb.

“Təbii ki, bu çox acınacaqlı bir faktdır. Dünyada belə istisna hallar var və bu Gürcüstanda da qeydə alınıb. Ancaq çaxnaşmaya səbəb olmamalıdır", - deyə nazir qeyd edib. Dominos pizza

Səhiyyə nazirin sözlərinə görə, tam peyvənd edilmiş insanlar arasında ölüm nisbəti 0,001%-dir. Bu yaxınlarda dünyasını dəyişən xəstənin bir çox xroniki xəstəliyi olub. 

Jurnalistlər mərhumun hansı peyvəndlə vaksinasiya edildiyini soruşduqda Tikaradze "bu xəstənin şəxsi məlumatıdır" cavabını verib.

Xatırladaq ki, martın 15-dən etibarən Gürcüstan əhalisini "AstraZeneca", "Pfizer", "Sinopharm" və "Sinovac Biotech" dərmanları ilə peyvənd edilir.

İyulun 5-dən etibarən ölkədə 3,7 milyondan çox olan əhalinin kütləvi peyvənd kampaniyasına başlanılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hər iki dozanı 294.365 nəfər vurdurub ki, bu da əhalinin 7,89%-ini təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!