Gürcüstanın Tsalka bölgəsində texniki xidmət qatarı aşıb.
Yenisabah.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində baş verib.
Qatarın relsdən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Məlumata görə, onların hamısı Azərbaycan vətəndaşıdır. Dominos pizza
Qeyd olunur ki, ölən şəxs Salyan rayon sakini, maşinist köməçisi 40 yaşlı Sadıqov Ruslan Ramiz oğludur.
Faktla əlaqədar cinayət işi açılıb.
Telegram kanalımız