Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanıldı

Kriminal

21 İyul 2022 17:01 933


Tbilisinin azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) qəsəbəsində anasına bıçaq xəsarətləri yetirən, onun yanında olan 54 yaşlı kişini öldürən 1999-cu il təvəllüdlü N.V. adlı şəxs saxlanılıb. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən 23 yaşlı gənc iyulun 19-da 1983-cü il təvəllüdlü anası və onun tanışı 1968-ci il təvəllüdlü kişini bıçaqlayıb, daha sonra hadisə yerindən qaçıb. pizza hut

Bıçaq yaraları alan kişi xəsətəxanada dünyasını dəyişib, qadına isə təcili tibbi yardım göstərilib.

İnsidentlə bağlı keçmişdə məhkum olmuş 1990-cı il təvəllüdlü Q.C. adlı şəxs də saxlanılıb. O, törədilmiş cinayət barədə məlumatlı olsa da, polisə bildirməyib.

Faktla bağlı qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd, xüsusilə ağır cinayət haqqında məlumat verməmə maddələri üzrə istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!