Gürcüstanda Saakaşvilinin əleyhdarları mitinq keçirir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda Saakaşvilinin əleyhdarları mitinq keçirir

Rəsmi

16 Oktyabr 2021 16:14 1035


Gürcüstanın Rustavi şəhərində keçmiş Prezident Mixeil Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilir.

Yenisabah.az xəbər verir ki, sabiq dövlət başçısının saxlanıldığı 12 saylı həbsxananın qarşısında yüzlərlə insan toplaşıb.

Mitinq iştirakçıları M.Saakaşvilini hakimiyyəti dövründə repressiyalara yol verməkdə ittiham edirlər. pizza mizza

Aksiyada “Zülmkar!” və “Qatil!” şüarları səsləndirilir.

Qeyd edək ki, qonşu ölkənin eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 16-cı gündür aclıq aksiyası keçirir. Oktyabrın 14-də Tbilisinin Azadlıq meydanında M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası “Mişaya azadlıq!” şüarlı kütləvi mitinq təşkil edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!