Gürcüstanda seçkilər keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda seçkilər keçirilir

Dünya

30 Oktyabr 2021 09:56 827


Bu gün Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turu keçirilir.

Yenisabah.az "Novosti-Qriziya"ya istinadla xəbər verir ki, vətəndaşlar 15 bələdiyyə və 5 şəhərinin - Tbilisi, Batumi, Kutaisi, Poti, Rustavi merlərini, həmçinin 24 seçki dairəsi üzrə 42 majoritar deputat seçirlər.

Seçkilərdə hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat” partiyalarının nümayəndələri vəzifə uğrunda yarışır. pizza mizza

Səsvermə prosesi səhər saat 8-də başlayıb və axşam saat 20:00-da başa çatacaq.

Oktyabrın 30-da keçirilən seçkilərdə 2 milyon 88 min 722 ölkə vətəndaşının səsvermə hüququ var.

Ən çox seçici Tbilisidə qeydə alınıb - 1.002.900.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!