Gürcüstanda seçkilərin nəticələrinə etiraz əlaməti olaraq aksiya keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda seçkilərin nəticələrinə etiraz əlaməti olaraq aksiya keçiriləcək

Rəsmi

10 Oktyabr 2021 18:57 778


"Seçkilər təhdidlə, müxtəlif şantajlarla, dırnaqarası karusellərlə, inzibati resurslardan qanunsuz şəkildə istifadə edilərək keçirildi, lakin buna baxmayaraq, Zuqdidi yenə də oliqarxın pulundan imtina etdi və “Gürcü Arzusu”nu təmiz şəkildə məğlub etdi".

Yenisabah.az Gürcüstanın “Birinci kanalına” istinadla bildirir ki, bu barədə “Vahid Milli Hərəkat”-ın sədri Nikanor Melia bildirib.

Nikanor Melia qeyd edib ki, “Gürcü Arzusu” Zuqdididə məğlub olub və bunu başa düşdükdən sonra ən ağır cinayəti törədiblər. Sezar pizza

“Seçkilərin bütün ölkə miqyasında və xüsusən də Zuqdididə necə keçirildiyini bilirsiniz. Şantaj, müxtəlif növ təhdidlər, qəsbkarlar tərəfindən şəxsiyyət vəsiqələrinin ələ keçirilməsi halları, dırnaqrası karusellər, inzibati resurslardan qanunsuz istifadə halları və s. Bütün bunlar beynəlxalq müşahidəçilərin nəticələrində öz əksini tapdı, amma buna baxmayaraq, Zuqdidi oliqarxın pulundan və zorakılıqdan imtina etdi, Xalq Zuqdidi və ətraf bölgələrdə “Gürcü Arzusu”nu zorla məğlub etdi. Bütün bunlardan sonra “Gürcü Arzusu” indiyə qədər törədə biləcəyi ən ağır cinayəti törətdi. Onlar əmin oldular ki, “Vahid Milli Hərəkat”, ümumilikdə müxalifət sakrebuloda (Gürcüstan Respublikasında kənd, icma (bir neçə kənd), qəsəbə, şəhər (bələdiyyə tabeli), bələdiyyə və bələdiyyələrin tərkibinə daxil olmayan (mxare tabeli şəhərlər və "mxare statuslu" Tbilisi şəhəri) şəhərlərdə yerli özünüidarəetmənin nümayəndəlik orqanıdır – red.) daha çox mandata sahibdir. Birinci turda artıq “Vahid Milli Hərəkat” səslərin əksəriyyətini təşkil edir və “Gürcü Arzusu” artıq çoxluq kimi mövcud deyil. Birinci turun qalibi Manuçar Pipiadır, lakin dünən gecə oğurluq yoluyla seçki qəsbkarları, guya səsləri yenidən saydıqlarını bildirərək birinci turda məğlub olmuş namizədə qalibiyyəti veriblər” – deyə Nika Melia bildirib.

Onun sözlərinə görə, sabah Zuqdididə seçki komissiyasında “Vahid Milli Hərəkat”ın majoritar namizədi Manuçar Pipiyanı birinci turda məğlub elan etdikləri üçün aksiya keçiriləcək.

Melianın bildirib ki, aksiyanın vaxtı bu gün axşam məlum olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!