Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1162 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 17 477 nəfərə, ölənlərin sayı 136 nəfərə çatıb. pizza
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6300 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 8060 nəfərin sağaldığı bildirilir.
Telegram kanalımız