Gürcüstanda təyyarə qəzasında həlak olanların cənazələri bu gün Türkiyəyə yola salınır

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda təyyarə qəzasında həlak olanların cənazələri bu gün Türkiyəyə yola salınır

Dünya

13 Noyabr 2025 18:06 457


Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb.

Şəhid olan 20 hərbçinin nəşlərini daşıyan "Koca Yusuf" A400M təyyarəsinin bir neçə saat sonra Tbilisi Beynəlxalq Hava Limanından Ankaraya hərəkət edəcəyi bildirilib. Toyuqlu pizza

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!