Gürcüstanda son həftə ərzində yoluxma sayı kəskin şəkildə artıb. Gün ərzində ölkədə 527 nəfərdə koronavirus aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, bu günədək Gürcüstanda 10 752 nəfərə COVID-19 diaqnozu qoyulub. Ölənlərin sayı isə 6 nəfər artaraq 72- yə yüksəlib .
Bildirək ki, bu göstəricilər ötən günlə müqayisədə müəyyən qədər çoxdur. Belə ki, ötən gün yoluxma sayı 472 nəfər olub. pizza hut
Qeyd edək ki, xəstələrdən 5 866 nəfər sağalıb, 4 814 nəfər isə hələ də virusla mübarizə aparır.
Telegram kanalımız