Gürcüstanda yanacağın qiyməti yenidən artdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda yanacağın qiyməti yenidən artdı

Rəsmi

23 Mart 2022 14:57 492


Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən artıb.

AZƏRTAC xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində benzin növündən asılı olaraq 3,70 -4 lari arasında dəyişir.

Maraqlıdır ki, dizel yanacağının qiyməti daha fərqlidir. Növündən asılı olaraq dizelin qiyməti 3,65-4,09 lari arasında dəyişir. pizza hut

Ölkədə ən bahalı - “Super” markalı benzin 4 lariyə (1,24 dollar), “Eco- dizel” isə 4,09 lariyə (1,27 dollar) satılır.

İqtisadçı ekspertlərin sözlərinə görə, ölkədə qeydə alınan bu artım London birjasında neftin qiymətinin 2 dollar artaraq 118,30 dollar olması ilə əlaqədardır.

Ekspertlər yanacağın qiymətinin daha da artacağını istisna etmirlər.

Proqnozlara görə, yanacağın qiymətinin artımı Gürcüstanda gündəlik tələbat mallarının da bahalaşmasına səbəb olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!