Gürcüstanda yanacaq yenidən bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda yanacaq yenidən bahalaşdı

Rəsmi

09 İyul 2022 09:28 919


Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb.

Yenisabah.az xəbər verir ki, hazırda qonşu ölkədə avtomobil yanacağının qiyməti 5-19 tetri artımla satılır.

Son günlər ən çox qiymət artımı dizel yanacağında qeydə alınıb. Belə ki, eko dizel yanacağının 1 litri 4,78 lariyə (1,65 ABŞ dolları), avro dizel yanacağı isə 4,74 lariyə satılır. Dördpendirli pizza

Gürcüstanın Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili deyib ki, dizel yanacağının qiymətinin artması bir sıra amillərlə bağlıdır. Qiymət artımına ilk növbədə dünya bazarında dizel yanacağının qiymətlərinin bahalaşması səbəb olub. Digər tərəfdən, təchizat sahəsində müəyyən problemlər yaşanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!