Gürcüstandakı azərbaycanlı deputatlar niyə susur?

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandakı azərbaycanlı deputatlar niyə susur?

Rəsmi

17 Dekabr 2022 13:57 895


Təqribən 2 ildir Gürcüstan Parlamentində heç bir mövzu ilə bağlı çıxış etməyən parlamentin azərbaycanlı üzvləri Zaur Darğallı və Savalan Mirzəyev bu ilin 16 dekabr tarixində sükutu pozublar.

Yenisabah.az aktual.ge-yə istinadla xəbər verir ki, hakim “Gürcü arzusu” partiyasından təmsil olunan azərbaycanlı millət vəkillərindən Savalan Mirzəyev parlamentin əsas plenar iclasında ən son 2021-ci ilin 22 fevral tarixində, Zaur Darğallı isə həmin ilin 18 mart tarixində çıxış edib.

Parlamentdən tez-tez fotoşəkillərini paylaşan Zaur Darğallı və Savalan Mirzəyev ölkənin azərbaycanlı icması tərəfindən təqribən 2 ildir qanunverici orqanda etnik azərbaycanlıların problemlərini dilə gətirmədikləri üçün sosial şəbəkələrin Gürcüstan seqmentində cəmiyyətin və ictimaiyyətin qınaq obyektivinə çevriliblər. pizza hut

Məlumat üçün bildirək ki, 16 dekabr tarixində parlamentdəki “Nazir saatı” çərçivəsində hesabat verən Gürcüstanın ədliyyə naziri Rati Breqadzeyə Zaur Darğallı torpaqların qeydiyyata alınması, Savalan Mirzəyev isə Qanunvericilik Bülleteni layihəsinin milli azlıqların dillərinə tərcümə edilmiş normativ aktları barədə suallar ünvanlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!