Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək

Rəsmi

08 Aprel 2020 20:52 970


Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə ölkədə ərzaq yardımı kampaniyası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna səfirlikdən məlumat verilib.

Bildirilib ki, sabahdan start götürəcək kampaniya Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. pizza hut

Yardım kampaniyası çərçivəsində ümumilkdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq. Qida məhsullarının Tbilisi şəhəri, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılması mərhələli şəkildə həyata keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!