Gürcüstandan azərbaycanlılar deportasiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan azərbaycanlılar deportasiya olundu

Dünya

02 İyul 2025 15:10 452


Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və digər aidiyyəti strukturların birgə koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 41 əcnəbi vətəndaş deportasiya olunub.

Yenisabah.az Novosti Gruzia-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Deportasiya olunan şəxslər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır. pizza

Aparılan istintaq zamanı müəyyən edilib ki, saxlanılan əcnəbilər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə hüquqi əsas olmadan qalmağa davam ediblər. Onların bir qismi sığınacaq prosedurundan sui-istifadə edərək illərlə Gürcüstanda qeyri-qanuni yaşayıb.

Mövcud qanunvericiliyə əsasən, bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!