Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

Maraqlı

20 Yanvar 2021 15:43 770


COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanmasından sonra Gürcüstanda qalan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata görə, təxliyə ediləcək şəxslər yanvarın 21-i günün ikinci yarısında COVİD-19 analizi verəcəklər. Test cavabı neqativ olan şəxslərə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müvafiq arayış veriləcək və onların yanvarın 22-də Azərbaycana təxliyəsi həyata keçiriləcək.

Təxliyə edilən şəxslərin Azərbaycanda karantinə alınmayacağı bildirilib. pizza

Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış və iş icazəsi olanlar, həmçinin, ailə üzvləri Azərbaycan vətəndaşı olan şəxslərin olduğu bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!