Gürcüstanda “Omicron”dan ilk ölüm

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda “Omicron”dan ilk ölüm

Rəsmi

31 Yanvar 2022 10:29 643


Gürcüstanda koronavirusun “Omicron” ştamından ilk ölüm halları qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlayıb.

Onun sözlərinə görə, “Omicron” ştamından dünyasını dəyişənlərin dəqiq sayı gələn həftə məlum olacaq. Hazırkı mərhələdə araşdırma aparılır. pizza hut

Qamkrelidze əlavə edib ki, bu gün Gürcüstanda koronavirusa yoluxanların sayı laboratoriyada təsdiqlənmiş hallardan 2-3 dəfə çoxdur.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu ötüb, ölənlərin ümumi sayı 15 minə yaxınlaşır. Ölkə hazırda “Omicron” ştamı səbəbindən pandemiyanın 6-cı dalğasını yaşayır. Burada hər gün 17-18 min yeni yoluxma halı qeydə alınır. Epidemiloqlar belə hesab edir ki, ilkin hesablamalara görə, yoluxanların 90%-ni yeni ştama yoluxmalar təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!