Gürcüstanın Aİ üzvlüyünə namizədliyi tövsiyə olunmadı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Aİ üzvlüyünə namizədliyi tövsiyə olunmadı

Rəsmi

17 İyun 2022 15:37 1258


"Avropa Komissiyası hesab edir ki, Gürcüstana Aİ-yə namizəd ölkə statusu verilə bilər, ancaq bir sıra şərtlər yerinə yetirildikdən sonra".

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

O deyib: “Ölkə siyasi birləşməli, vətəndaş cəmiyyəti sahəsində islahatlar aparmalıdır. Buna əsaslanaraq, biz Gürcüstana Avropa perspektivi ilə bağlı tövsiyələr veririk və Gürcüstana statusun verilməsini yenidən müzakirə etmək üçün tövsiyələrin necə həyata keçiriləcəyini görəcəyik”. pizza hut

Avropa Komissiyası Ukrayna və Moldovanın indi Aİ üzvlüyünə namizəd kimi tanınmasını tövsiyə edir, eyni zamanda, gələcəkdə onlar bir sıra mühüm islahatlar həyata keçirməli olduqlarını bildirir.

Aİ liderləri iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi və ya rədd edilməsi ilə bağlı yekun qərarı verəcəklər.

Statusun verilməsi barədə qərar 27 üzv dövlətin hamısı tərəfindən dəstəklənməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!