Gürcüstanın Azərbaycana borcu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Azərbaycana borcu açıqlandı

İqtisadiyyat

16 Mart 2021 14:14 1133


Bu ilin 28 fevral tarixində Gürcüstanın Azərbaycana olan borcu 5,54 mln. ABŞ dollarına bərabər olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, fevralın 28-nə olan göstəriciyə əsasən Gürcüstanın Azərbaycana borcu ötən ilin eyni dövrü ilə müqayisədə 0,75 mln. dollar və ya 11,9% azdır. Ötən ilin 29 fevralında Gürcüstanın Azərbaycana borcu 6,29 mln. dollar təşkil edib. pizza sifarişi

Hazırda Gürcüstanın ümumi xarici borcu 7 825 385 min ABŞ dolları təşkil edir. Bunun 7 452 613 min dolları hökumətin, 372 771 min dollar isə Milli Bankının payına düşüb. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!