Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident:   Bıçaqlanan var

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident: Bıçaqlanan var

Hadisə

05 Aprel 2021 22:58 750


Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Qabal kəndində insident olub.

Yenisabah.az xəbər verir ki, hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.

Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə mübahisə baş verib. Pepperoni pizza

Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.

Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!