Gürcüstanın Baş naziri Azərbaycanla əməkdaşlığa dair layihələr təqdim edəcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Baş naziri Azərbaycanla əməkdaşlığa dair layihələr təqdim edəcək

Rəsmi

18 Fevral 2022 10:30 594


"Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh təşəbbüsü, həmçinin regionun iqtisadi inkişafı ilə bağlı planların təqdimatını keçirəcək".

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın Almaniyadakı səfiri Levan İzoriya deyib.

Onun sözlərinə görə, İ.Qaribaşvilinin çıxış edəcəyi paneldə xüsusən Azərbaycan və Ermənistanla əməkdaşlıqla bağlı konkret layihələr təqdim olunacaq: Dördpendirli pizza

“Müzakirələrə yüksək səviyyəli siyasətçilər, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və ATƏT-in Baş katibi cəlb olunacaq”.

L.İzoriya Gürcüstan Baş nazirinin konfrans çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərinin planlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 18-20 fevral tarixində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!