Gürcüstanın baş naziri də qadın olacaq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın baş naziri də qadın olacaq

Rəsmi

18 Avqust 2019 17:17 1330


Yaxın gələcəkdə Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə “Front News International” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili Baş nazir, Daxili İşlər naziri isə hazırda Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini olan Aleko Tabatadze olacaq . Pepperoni pizza

Milli Təhlükəsizlik naziri postu isə hazırda Daxili İşlər naziri olan Georgi Qaxariyaya tapşırılacaq. Dəyişikliklərlə bağlı qərar hakim partiyanın bir neçə saat əvvəl qapalı keçirdiyi iclasda qəbul olunub. 

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ilin iyunundan Baş nazir vəzifəsini icra edir. O, bu vəzifədə Georgi Kvirikaşvilini əvəz edib. Georgi Qaxariya isə 2017-ci ilin noyabrında Daxili İşlər naziri vəzifəsinə təyin olunub.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!