Gürcüstanın Baş naziri İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Baş naziri İlham Əliyevə zəng etdi

Siyasət

10 Fevral 2020 11:50 1584


Gürcüstanın Baş naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. pizza

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!