Gürcüstanın Baş Naziri İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Baş Naziri İlham Əliyevi təbrik etdi

Siyasət

24 Dekabr 2019 15:58 780


Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, təbrik mətnində deyilir: 

"Zati-aliləri. pizza sifarişi

Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə cansağlığı, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, məmnuniyyətlə qeyd etmək istərdim ki, Gürcüstan-Azərbaycan arasında strateji münasibətlər uğurla inkişaf edir və bu nümunəvi tərəfdaşlığın möhkəm təməlində gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada söykənən əlaqələri dayanır.

Ölkələrimiz arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır. Bu əməkdaşlığın parlaq təzahürü ölkələrimiz tərəfindən on illərdir uğurla icra edilən genişmiqyaslı birgə layihələr və təşəbbüslərdir. Əminəm ki, xüsusi münasibətlərimizi birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirib möhkəmləndirəcəyik.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!