“Gürcüstanın baş naziri olmağa hazıram” - Saakaşvili

saytların hazırlanması

Evə çatdırılma

“Gürcüstanın baş naziri olmağa hazıram” - Saakaşvili

Dünya

08 Sentyabr 2020 08:54 884


“Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.

O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: “Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək”. Dördpendirli pizza

Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: “Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram”.

Qeyd edək ki, bu gün Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!