Gürcüstanın bütün gömrük postları xüsusi iş rejiminə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın bütün gömrük postları xüsusi iş rejiminə keçdi

Rəsmi

26 Sentyabr 2022 16:24 1067


Gürcüstanın bütün gömrük postları xüsusi iş rejiminə keçirilib.

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, xüsusi rejim bu gündən qüvvəyə minib. Gürcüstanın bütün sərhəd-keçid məntəqələrində gömrükçülərin sayı artırılıb, bütün məntəqələr gecə-gündüz işləyir.

Həmçinin, gürcü tərəfi beynəlxalq yük dövriyyəsində axsamaların qarşısını almaq üçün Türkiyə, Azərbaycan və Ermənistan gömrükləri ilə əlaqə saxlayır. pizza sifarişi

Sentyabrın 21-dən etibarən Gürcüstan-Rusiya quru sərhədində, Yuxarı Larsda Gürcüstana getmək istəyən Rusiya Federasiyası vətəndaşlarının çoxlu kilometr növbələri yaranıb. Bu, Rusiyada qismən səfərbərlik elanı ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!